
Meloni Zelenskini Romaya dəvət edib
İtaliyanın baş naziri Giorgia Meloni Ukrayna prezidenti Volodimir Zelenskini Romaya dəvət edib və Kiyevə getmək niyyətini təsdiqləyib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İtaliya Baş Nazirliyi yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada Meloni İtaliya hökumətinin siyasi, hərbi, iqtisadi, humanitar məsələlərdə və Ukraynanın yenidən qurulmasında Kiyevə tam dəstəyini bir daha təkrarladığı bildirilib.
Meloni, həmçinin, İtaliyanın ədalətli sülhə nail olmaq üçün Ukrayna xalqı üçün hər cür faydalı səylərə sadiqliyini bir daha təsdiqləyib.
“Baş nazir Kiyevə getmək niyyətini təsdiqləyib və prezident Zelenskini Romaya səfərə dəvət edib” – deyə, bəyanata daxil edilib.
Ukrayna prezidenti Zelenski də öz Twitter hesabında İtaliyanın Ukraynaya əlavə 10 milyon avro yardımına görə Meloniyə təşəkkür edib və bu addımı yüksək qiymətləndirib.
Zelenski yazıb ki, Meloni ilə hava hücumundan müdafiə sistemləri və Ukraynanın sülh formulu ilə bağlı görüş keçiriblər.
Busaat.az























