Mənbə: “KXDR-ə keçən amerikalı əsgər ABŞ-yə təhvil verilib”

image-abs-ve-simali-koreyabackend

Əvvəllər Şimali Koreya ərazisinə keçən amerikalı hərbçi Travis Kinq Çindəki ABŞ nümayəndələrinə təhvil verilib.

Busaat.az xəbər verir ki, bu barədə Associated Press adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbə hərbçinin taleyi ilə bağlı əlavə təfərrüat bildirmir. Lakin qeyd edir ki, əvvəllər Şimali Koreya hakimiyyəti hərbçinin dindirildiyini və ekstradisiya oluna biləcəyini söyləyib.

İyulun 18-də ABŞ Müdafiə Nazirliyi amerikalı hərbçinin Cənubi Koreyadan demarkasiya xəttini özbaşına keçdiyini və KXDR-də saxlanıldığını deyib. Departament həmçinin bildirib ki, hərbçi töhmət üçün Cənubi Koreyadan ABŞ-a aparılmalı idi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90