
“Mənə və ailəmə siyasi sığınacaq vəd edərək”... - ABŞ əsirliyindən azad edilmiş Viktor Butdan AÇIQLAMALAR
“ABŞ rəsmiləri dindirilmələr zamanı mənə və ailəmə siyasi sığınacaq vəd edərək yüksək rütbəli rus məmurları haqqında məlumat toplamağa çalışıblar”.
Busaat.az xəbər verir ki, bu sözləri dekabrda ABŞ əsirliyindən azad edilmiş Rusiya vətəndaşı Viktor But bildirib.
O, “Rossiya-1” televiziyasına müsahibəsində deyib ki, bu təkliflər onun həyat yoldaşı Allaya da edilib.
But həmçinin bildirib ki, Rusiya rəhbərliyi ilə bağlı kompromat təqdim etməməklə “ABŞ ədaləti ilə razılaşmaqdan imtina etməyə cəsarət edən digər ruslara nümunə olaraq həbs cəzasının hər saniyəsini çəkəcək”.
Qeyd edək ki, But 2008-ci ildə Taylandın paytaxtı Banqkokda ABŞ-ın göstərişi ilə yerli məhkəmənin verdiyi order əsasında saxlanılıb. O, ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə qeyri-qanuni şəkildə silah verməkdə ittiham olunub. But iki ildən sonra ABŞ-a ekstradisiya edilib. 2012-ci ilin aprelində o, 25 il həbs cəzasına məhkum edilib və 15 milyon dollar cərimələnib.
Dekabrın 8-də But, razılaşmaya əsasən ABŞ-lı basketbolçu Britni Qrinerlə dəyişdirilərək Rusiyaya geri qaytarılıb.
Busaat.az























