
Mer: "Ukraynanın açdığı atəş Novaya Kaxovkada yanğınların söndürülməsinə mane olur"
Ukrayna silahlı qüvvələri Novaya Kaxovkanın atəşə tutulması nəticəsində yaranan yanğınların söndürülməsinə mane olur.
Busaat.az xəbər verir ki, bu barədə Novaya Kaxovka meri Vladimir Leontyev bildirib.
“Yanğınlar demək olar ki, davamlıdır. Biz onları təkcə Fövqəladə Hallar Nazirliyinin deyil, həm də könüllü yanğınsöndürmə briqadalarının köməyi ilə söndürməyə nail oluruq. Lakin Ukrayna silahlı qüvvələri bizə imkan vermir”, – o, “Rossiya-24” telekanalının efirində deyib.
Leontyev qeyd edib ki, şəhərdəki mövcud vəziyyət Kaxovka Su Elektrik Stansiyasının dağılmasından sonra başlayanların davamıdır.
“İnsanlar özlərini xilas etmək zərurəti üzündən sadəcə olaraq bəzi yaşayış məntəqələrini tərk etməyə məcburdurlar”, – deyə mer qeyd edib və Ukraynanın açdığı atəş nəticəsində vəziyyətin çətin olaraq qaldığını vurğulayıb.
Eyni zamanda, Leontyev vurğuladı ki, evakuasiya planlaşdırılmayıb, çünki hakimiyyət orqanları və sakinlər dinc həyatı bərpa etməyə çalışırlar.























