
Mersində meşə yanğını baş verdi
Türkiyənin Mersin şəhərində meşə yanğını baş verib.
Busaat.az türk mediasına istinadən bildirir ki, Limonlu Məhəlləsi Kayacı vadisində naməlum səbəbdən meşə sahəsində yanğın çıxıb.
Xəbərdarlıq üzərinə bölgəyə 4 yanğınsöndürmə vertolyotu, ilk müdaxilə vasitələri və su çiləyiciləri sövq edilib. Eyni zamanda, Meşə Region Müdirliyi qrupları cəlb olunub.
Ekipajlar yanğını idarə etmək üçün havadan və qurudan müdaxilə edir.
Bölgənin sıldırımlı olması yerüstü heyətlərin müdaxiləsini çətinləşdirir.























