
Mersində zəncirvari yol qəzası baş verib - 1 nəfər öldü
Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda 5 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, Adana-Pozantı yolunun Gülək məntəqəsində sürücüsünün idarəetməni itirməsi nəticəsində yük maşını beton maneəyə dəyərək qarşı zolağa çıxıb.
Eyni istiqamətdə hərəkətdə olarkən minik avtomobili yük maşını ilə, şəhərlərarası sərnişin avtobusu isə, başqa bir yük maşını ilə toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsində minik avtomobili maneəyə çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Xidməti, polis və yanğınsöndürən briqadaları göndərilib.
Yük maşını ilə toqquşan avtomobildə olan qadının həyatını itirdiyi qəzada daha 7 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Tarsus Dövlət Xəstəxanasına aparılıb.























