Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Məşhur fenomen arvadını ən yaxın dostu ilə tutdu: Hər ikisini öldürdü

image-1635856444_haberler-oyun-videolari-cekerek-unlenen-tiktok-yildizi-14494343_5678_o
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Oyun videoları çəkərək məşhurlaşan “TikTok” fenomeni Əli Nasser Abulaban həyat yoldaşını və dostunu öldürüb.

Busaat.az Qərb mediasına istinadən xəbər verir ki, TikTok-da “In Reel Life Skyrim” videoları ilə məşhurlaşan “JinnKid” ləqəbli Əli Nasser Abulaban 29 yaşlı həyat yoldaşı Anna və yaxın dostu Reybern Barronu öldürdüyü üçün həbs edilib. Əli həyat yoldaşının onu dostu Barronla aldatdığını düşündüyü üçün hər ikisini öldürdüyünü deyib.

Polis Abulabanın həyat yoldaşı Anna və dostu Rayburn Barronun cəsədlərini tapdıqlarını söyləyib. Rayon prokurorunun müavininin məlumatına görə, Əli Nasser həyat yoldaşı Ananı keçən həftənin sonlarında həyat yoldaşının qaldığı lüks mənzilə ziyan vurduqdan sonra oktyabrın 18-dən izlədiyini və qızının iPad-inə proqram quraşdırdığını bildirib.

İddiaya görə, ötən cümə axşamı günortadan sonra Əli Nasser arvadının başqa kişi ilə danışdığını eşitdikdən sonra silahla mənzilə gedib və dostu Barronu arvadı ilə tutub. Fenomenin dostu Barronun boynuna, yanağına və başının arxasına yaxın məsafədən üç atəş açdıqdan sonra başından vurduğu öyrənilib.
Cütlüyün əvvəllər də məişət zorakılığına məruz qaldığı, ancaq qadağa əmri verilmədiyi də öyrənilib.

“JinnKid” kimi tanınan Abulaban “Reddit” və “9GAG” kimi platformalarda oyunlarda NPC-lərin süni intellekt və animasiyalarla lağ etdiyi videolar çəkərək məşhurlaşıb. Onun son bir neçə ildə TikTok-da 955.000, YouTube-da isə 170.000 izləyicisi olub
 
Ayşən Mirzəyeva
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=62014