Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 281 $▲1.83%
  • Ethereum1 825 $▲3.19%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Məşhur milyarder bıçaqlanaraq öldürüldü - FOTO

image-xestexana-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milyardlarla dollarlıq “Cash App” texnologiya şirkətinin qurucusu Bob Li ABŞ-nin San-Fransisko şəhərinin mərkəzində bıçaqlanaraq öldürülüb.

Busaat.az “Haber Global”a istinadla bildirir ki, polis 43 yaşlı Bob Lini yaralı halda tapıb. O, xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

San-Fransisko Polis Departamenti Linin boş bir küçədə hərəkət etdiyini və kömək axtardığını əks etdirən CCTV görüntülərini araşdırıb.

Görüntülərdə Li büdrəyə-büdrəyə parklanmış avtomobilə doğru gedir və yarasını göstərmək üçün köynəyini qaldırır. Lakin avtomobil hərəkət edir və Li yerə yıxılır.

Daha sonra Li sinəsində iki bıçaq yarası ilə yerdə huşsuz vəziyyətdə tapılıb.

Qeyd edək ki, “Forbes”a görə, “Cash App” kartdan-karta pul köçürmələrinə imkan verən, smartfon əsaslı ödəniş tətbiq proqramıdır və hazırda 40 milyard dollar dəyərində qiymətləndirilir.

2013-cü ildə istifadəyə verildiyi vaxtdan proqramın istifadəçi bazası sürətlə artıb və 2017-ci ildə aylıq yeddi milyon aktiv istifadəçiyə çatıb, 2020-ci ildə bu rəqəm 30 milyon təşkil edib.

Linin ölümü Kaliforniya ştatında şiddət tərkibli cinayətlərlə bağlı yenidən tənqidi müzakirələrə səbəb olub.

Redaktor.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106110