
Məşhur müğəninin oğlu narkotiklə saxlanılıb - FOTO
Moskvada 1990-cı illərdə vəfat etmiş məşhur rus müğənnisi İqor Talkovun oğlu bir çanta həşişlə saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Baza “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Talkov paytaxtın mərkəzində yol polisi əməkdaşları tərəfindən saxlanılarkən, yanında narkotik vasitə olduğunu etiraf edib. Müayinə zamanı içərisində həşiş olan çanta aşkar edilib.
Qeyd edək ki, fevralın 7-də Rusiya teatr və kino aktyoru, “Sınıq işıqların küçələri” və “İstintaqın sirləri” serialında xəbərçi və baş leytenant rolları ilə tanınan 30 yaşlı Radmil Xairutdinov narkotik ittihamı ilə saxlanılıb.
Busaat.az

Busaat.az























