Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Meta və Twitter-in ardından Amazon 10.000 işçini ixtisar etməyə hazırlaşır - NYT

image-amazon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-da yerləşən e-ticarət şirkəti Amazon bu həftə kütləvi ixtisar planlaşdırır.

Busaat.az xəbər verir ki, bununla bağlı New York Times (NYT) qəzeti anonim mənbələrə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, Amazonun qlobal miqyasda artan qeyri-müəyyənlik ilə bağlı qlobal iş gücünün yüzdə 3%-nə bərabər olan 10 min insanı işdən çıxarmağa hazırlaşır.

Amazon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. İxtisarlar baş verərsə, bu, 1994-cü ildə qurulanan şirkətin tarixindəki ən böyük ixtisar olacaq.

Digər tərəfdən, noyabrın 9-da Facebook, Instagram və WhatsApp-ın sahibi Meta 11 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb.

İlon Maskın Twitter-i almasından sonra, burada da ixtisarlar başlayıb və şirkət işçilərinin 50 faizinin işdən çıxarıldığı bildirilib.

Qlobal iqtisadi qeyri-müəyyənliklərlə üzləşən şirkətlər xərclərini azaltmaq və işə qəbulu dayandırmaq üçün addımlar atmağa məcbur olublar.

Dünyada artan inflyasiya və pisləşən makroiqtisadi mənzərə şirkətləri yeni vəziyyətlə ayaqlaşmağa məcbur edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90704