
Məxfi sənədlər işi üzrə Trampa qarşı yeni ittihamlar irəli sürülüb
ABŞ Ədliyyə Departamenti sabiq prezident Donald Trampa qarşı davam edən məxfi sənədlərlə səhv davranma işi ilə bağlı əlavə ittihamlar irəli sürüb.
Busaat.az bu barədə xarici mətbuata istinadn xəbər verir.
ABŞ-nin Florida ştatının Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinin elektron məlumat bazasına yüklənmiş sənədə görə, ittiham aktına müdafiə sənədlərinin yanlış idarə olunması ilə bağlı daha bir ittiham əlavə edilir.
Bundan başqa, Tramp və onun köməkçisi Uolt Nauta ilə birlikdə işin tərkib hissəsi kimi başqa bir şəxs də ittiham olunub. Yeni müttəhim, texniki işçi Karlos De Oliveyra 2022-ci ilin yayında müşahidə kameralarının görüntülərini məhv etməyə çalışmaqda şübhəli bilinir.
Busaat.az























