
Məzuniyyət mərasimində silahlı insident yaşandı
ABŞ-nin Virciniya ştatının Riçmond şəhərində buraxılış mərasiminə edilən hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hücum edən şəxsin hadisə yerinə 4 silahla gəldiyi müəyyən edilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, polis hücumdan sonra 19 yaşlı gəncin həbs edildiyini açıqlayıb.
Hücum Virciniya Commonwealth Universitetinin məzuniyyət mərasimi zamanı baş verib. Hücum edən şəxsin vurulan şəxslərdən ən azı birini tanıdığı bildirilir.
Amerikanın Səsinin məlumatına görə, yaralıların müalicəsi davam etdirilir. Ölən iki şəxsin valideyn və oğul olduğu iddia edilsə də, polis hələlik bu məlumatı təsdiqləməyib.
Bildirilib ki, hadisə yerində panika zamanı 9 yaşlı qızı avtomobil vurub. Uşaq da xəstəxanada müalicə olunur. Yaralıların 14, 32, 55 və 58 yaşlarında olduğu açıqlanıb.
Bu son hücum ABŞ-də bu ilin əvvəlindən bəri 279-cu silahlı hücum kimi qeydə alınıb. Ölkədə dörd və ya daha çox insanın həyatını itirdiyi hücumlar kütləvi atışma hesab olunur.
Busaat.az























