Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.44 $▼3.28%
  • WTI neft82.31 $▼2.87%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.372 $▲6.64%
  • Qızıl3 747 $▼1.04%
  • Gümüş45.29 $▼1.14%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.50 ¢▼3.43%
  • Bitcoin62 597 $▲0.58%
  • Ethereum1 770 $▲0.46%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTOLAR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli millət vəkili Cemil Yaman Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq, Kocaelinin Dilovası mahalında oğlu Hüseyn Yamana 1500 nəfərlik toy edib.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli valisi Seddar Yavuzun və bələdiyyə işçilərinin də qatıldığı toy saatlarla davam edib. Toyda qadağan olunsa da, qovurma, toyuq və Aşura yeməkləri verilib.

Mövzu ilə əlaqədar açıqlama verən Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaeli rayon sədri Harun Özgür Yıldızlı millət vəkilini tənqid edib:

“Milli bayramı qeyd etməyə gəldikdə iştirak etməmək üçün min bir bəhanə tapanlar qadağaları pozaraq minlərlə insanı qonaq çağırıb toy edir. Koronavirus səbəbilə 30 avqustu məhdudlaşdıran zehniyyət bu gün Kocaelidə toy edir. Bu qadağalar yalnız AKP üzvü olmayanlara aiddir? AKP üzvlərinin toxunulmazlığı koronavirusa da aiddir? İnanılmazdır”.

Qeyd edək ki, 30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur.

Onu da bildirək ki, iyulun 1-dən Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və bu kimi mərasimlər qadağan olunub. Lakin ötən həftədən etibarən 14 vilayətdəki bu qadağa bütün ölkə ərazisinə şamil edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17606