Millidə De Byazi ilə futbolçular arasında ilk narazılıq

Millidə De Byazi ilə futbolçular arasında ilk narazılıqbackend

Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.

Busaat.az sportinfo.az-a istinadən xəbər verir ki, artıq düşərgədə ilk narazılıq yaşanıb. Əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq “yüklənməyə” məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.

Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsilə və rəqibə uyğun tərtib etdiyini deyib.

Azərbaycan – Lüksemburq oyunu sentyabrın 5-i Bakı Olimpiya Stadionunda keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90