Millimizin oyunu koronavirusa görə təxirə salındı

image-websitebackend

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVID-19 testi pozitiv nəticələnib.

Busaat.az  xəbər verir ki, bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək. Təqvimə əsasən bu gün – oktyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90