Millimizin sabiq üzvü- Yunanıstan klubunda

Millimizin sabiq üzvü- Yunanıstan klubundabackend

Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Yekaterina Jidkovanın yeni klubu bəlli olub.

BUSAAT.AZ  xəbər verir ki, 2019-cu ilin sonlarında Türkiyə təmsilçisi “Nilüfer Belediyespor”la vidalaşan 30 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.

Jidkova bu ölkənin AEK klubu ilə anlaşıb. Voleybolçu yaxın günlərdə komandasının düşərgəsinə qatılaraq mövsümün hazırlıqlarında iştirak edəcək.

Qeyd edək ki, ötən mövsüm aşağı liqanın çempionu olan AEK yenidən qayıtdığı yüksək dəstədə ilk oyununu oktyabrın 10-da keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90