Milyonlarla insan ac qalacaq – XƏBƏRDARLIQ

image-1193084backend

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2022-ci ildə dünyada təxminən 783 milyon insanın aclıqla mübarizə apardığı halda, gündə 1 milyarddan çox yeməyin israf edildiyini açıqlayıb.

Busaat.az publika.az-a istinadən xəbər verir ki, UNEP “Beynəlxalq Sıfır Tullantı Günü”ndə yemək tullantılarının hesabatını dərc edilib.

Müvafiq olaraq, 2022-ci ildə 1,05 milyard tondan çox qida tullantıları istehsal olunub ki, bu da adambaşına 132 kiloqrama bərabərdir.

Təxminən 783 milyon insan aclıqla mübarizə aparır. Dünya əhalisinin hər 3-dən 1-i qida çatışmazlığından əziyyət çəkir. Buna baxmayaraq, 2022-ci ildə dünya üzrə gündə 1 milyarddan çox yemək israf edilib. Tullantıların dəyəri isə təxminən 1 trilyon dollardır.

Hesabatda fikirləri yer alan UNEP-in icraçı direktoru İnger Andersen prosesi belə qiymətləndirib: “Əgər dünyada qida israfı belə davam edərsə, milyonlarla insan ac qalacaq. Qida israfının da iqlimə və ətraf mühitə mənfi təsir edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90