Mingəçevirdə karantinə əməl etməyənlərə xəbərdarlıq olundu – Foto

Mingəçevirdə karantinə əməl etməyənlərə xəbərdarlıq olundu – Fotobackend

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb. Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90