
Mirzoyan Lavrovla İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması mövzusunu müzakirə edib
Ermənistan və Rusiya xarici işlər nazirləri İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilir ki, danışıqlar MDB Nazirlər Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində baş tutub.
“Xarici işlər nazirliklərinin rəhbərləri ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyi vurğulanıb”, – məlumatda deyilir.
Qeyd edilib ki, tərəflər diplomatik xətt vasitəsilə gələcək təmaslar barədə razılığa gəliblər.
Busaat.az























