
Misir Səudiyyə Ərəbistanı və Pakistanla birgə hava təlimləri keçirdi
Misir Səudiyyə Ərəbistanı və Pakistanla birgə hava hücumundan müdafiə təlimi keçirdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Misir Ordusunun sözçüsü Qərib Əbdülhafiz açıqlama verib.
Əbdülhafiz “Göy Zirehi” adlanan təlimin dost və qardaş ölkələrin iştirakı ilə həyata keçirildiyini bildirib.
Təlimə Səudiyyə Ərəbistanı və Pakistan hərbçilərinin də qatıldığını bildirən Əbdülhafiz, eyni zamanda Yunanıstan və Kiprin Rum Administrasiyasından bəzi müşahidəçi heyətlərin də qatıldığını bildirib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Yaxın Şərqdəki beynəlxalq və regional gərginliyin davam etməsi fonunda hərbi təlimlər intensivləşdirilib.
Busaat.az























