Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.48 $▲1.15%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.288 $▲2.33%
  • Qızıl4 050 $▼1.81%
  • Gümüş52.51 $▼1.38%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.25 ¢▲0.93%
  • Bitcoin73 615 $▼0.11%
  • Ethereum2 061 $▲0.52%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Misir və Bəhreynlə əlaqələrin bərpasına başlanılıb - Araqçı

image-img_5085
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran İslam Respublikası Bəhreyn və Misirlə münasibətlərin bərpası prosesinə başlayıb.

Busaat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, Bəhreynlə əlaqələrin bərpası üçün səylər göstərilir və bunun tezliklə nəticə verəcəyinə ümidvardır.

A.Əraqçinin sözlərinə görə, Tehran və Ər-Riyad 2023-cü ildə münasibətlərini normallaşdırandan sonra rəsmi Manama (Bəhreyn) ilə münasibətlərin qurulması üçün bir neçə sorğu edilib.

Tehran və Qahirə münasibətlərinə gəlincə, nazir deyib ki, İran və Misir arasında əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Onun sözlərinə görə, İran və Misir prezidentləri, xarici işlər nazirləri bir neçə dəfə görüşüb, müntəzəm telefon danışıqları aparırlar.

Qeyd edək ki, Bəhreyn 2016-cı il yanvarın 4-də İranla diplomatik əlaqələrini kəsib. Buna səbəb Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum olub.

2023-cü ilin martında Çinin paytaxtı Pekində Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpası, səfirliklərin və missiyaların açılması barədə razılığa gəliblər.

Ötən il oktyabrın 21-də Abbas Əraqçi və Bəhreyn Kralı Həməd Manamada görüşüb, münasibətləri və regiondakı son hadisələri müzakirə ediblər.

Misir İranla diplomatik əlaqələrini 1980-ci ildə kəsib. Buna səbəb olaraq Misirin İsraili tanıması göstərilir.

2011-ci ildə “Ərəb baharı”ından sonra İran və Misir arasında münasibətlər istiləşməyə başlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164001