
Misir və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Misir və Ukrayna prezidentləri Ukraynadakı son hadisələri və qlobal ərzaq təhlükəsizliyi böhranını müzakirə ediblər.
Busaat.az xəbər verir ki, Misir Prezidentliyindən verilən yazılı açıqlamaya görə , Sisi ilə Zelenski arasında telefon danışığı baş tutub.
Görüş zamanı qlobal ərzaq təhlükəsizliyi sahəsində baş verən hadisələr , eləcə də Ukraynada sahə və humanitar səviyyədə olan məsələlər müzakirə edilib.
Sisi, Rusiya-Ukrayna böhranının siyasi həllini sürətləndirmək üçün bütün səylərin danışıqlar yolu ilə dəstəklənəcəyini vurğulayıb.
Başda Afrika olmaqla dünyanın bir çox xalqının ərzaq böhranından əziyyət çəkdiyini qeyd edən prezidentlər, taxıl ixracı müqaviləsinin uzadılması istiqamətində davam edən səyləri müzakirə ediblər.
Qeyd edək ki, illik buğda ehtiyacının 80 faizini idxal edən Misir dünyada ən çox buğda idxal edən ölkədir.
Busaat.az























