
Misir yeni qaz yatağı kəşf etdi
Misir Aralıq dənizinin şərqindəki Nargis bölgəsində böyük qaz yatağı kəşf edib.
Busaat.az Reuters-ə istinadən xəbər verir ki, bunu Misirin neft naziri Tarek El Molla bildirib.
O, parlament komitəsinin brifinqində bildirib ki, yatağın ehtiyatlarının qiymətləndirilməsi hələ də davam edir.
Yeni quyunun tutumu 3,5 trilyon kubfut qazdır. Misir rəsmiləri tapıntının təfərrüatlarını təsdiqləməkdən imtina ediblər.
Busaat.az























