
Misirdə avtobus su kanalına düşdü: 19 ölü, 6 yaralı
Misirdə sərnişin avtobusunun su kanalına düşməsi nəticəsində 19 nəfər ölüb, 6 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, hadisə Misirin Dekahliyə vilayətinin şimalında yerləşən Ağa şəhərində baş verib.
Əraziyə təcili yardım və polis qrupları cəlb edilib. Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada qəza nəticəsində 19 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.
Ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Busaat.az























