
Misirdə polis bölməsinə hücum - 4 ölü
Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.
Agentliyin bildirir ki, Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində bir qrup məhbus silah ələ keçirərək təhlükəsizlik işçilərinə hücum edib.
Hadisə ilə bağlı rəsmi qurumlar heç bir açıqlama verməyib.
Busaat.az























