
Misirdə sərnişin avtobusu yük maşınına çırpılıb: 14 nəfər öldü
Misirin qərbindəki Yeni Vadi bölgəsində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində baş verən qəzada 14 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə polis və çoxlu sayda təcili yardım maşınları göndərilib. Region qubernatoru Məhəmməd əl-Zamlutun verdiyi açıqlamaya görə, qəzada 14 nəfər ölüb, 25 nəfər yaralanıb.
Sərnişin avtobusunda 45 nəfərin olduğu və paytaxt Qahirəyə getdiyi öyrənilib.
Qəzanın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Busaat.az























