
Misirdən İsrailə etiraz: Gərginliyi və sıxlığı artırır
Misirin xarici işlər naziri Samih Şükri Qahirəyə səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşüb.
Busaat.az xəbər verir ki, bu, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin verdiyi açıqlamada yer alıb.
İşğal olunmuş Fələstin torpaqlarında baş verən hadisələrlə bağlı Şükri bildirib ki, İsrailin İordan çayının qərb sahilinə hücumlarının intensiv olması, ölüm və yaralanmalarla nəticələnən və şiddətin artması ilə davam etməsi onu dərindən narahat edir.
“İsrailin bu siyasəti İsrail və Fələstin tərəfləri arasında gərginliyi və sıxlığı artırır”, – deyən Şükri görüş zamanı BMT rəsmisinə ölkəsinin sahədəki prosesləri sakitləşdirmək üçün göstərdiyi səyləri xatırladıb.
Şükri aşağıdakı ifadələrdən istifadə edib:
“BMT səviyyəsində bütün razılaşdırılmış beynəlxalq və regional səylər sülh prosesini dəstəkləyən yeni ab-hava yaratmaq və işğal olunmuş ərazilərdə bu gərginliyin qarşısını almaq üçün vacibdir”.
Wennesland isə Misirin sülh prosesindəki əsas rolunu təqdir etdiyini və sülhün möhkəmləndirilməsi, zorakılığın dayandırılması və Fələstin məsələsində ədalətli, hərtərəfli və yekun həllin tapılması üçün Misirlə koordinasiyanı davam etdirmək istədiyini ifadə edib.
Son zamanlar İsrail ordusunun İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumlarının artması diqqət çəkir.
Busaat.az























