
Misirin Danimarkadakı səfirliyinin qarşısında yenidən Quranı kitabı yandırılıb
“Danimarka vətənpərvərləri” radikal qruplaşmasının 5 üzvü Misirin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik qeyd edir ki, bu, bir həftə ərzində Danimarkada üçüncü analoji hadisədir. Digər hadisəni isə qrup üzvləri İraq səfirliyi qarşısında təşkil ediblər.
Qeyd edək ki, iyunun sonunda Stokholmda keçirilən Qurban bayramı zamanı Qurani-Kərimin təhqir olunması və yandırılması aktı baş verib və bu, böyük əks-səda doğurub. Bu, müsəlman dünyasında qəzəblə qarşılanıb. Baş verənlər Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan və digər ölkələr tərəfindən pislənib.
Busaat.az























