MİT-dən daha bir uğurlu ƏMƏLİYYAT: PKK terror təşkilatının qadın qolunun Ermənistan “lideri” MƏHV EDİLDİ – FOTO

image-hatice-xezer-terrorcu-6522backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatının liderlərinin zərərsizləşdirilməsi üçün növbəti uğurlu əməliyyat keçirib. 

Busaat.az  bildirir ki, Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrdən verilən məlumata görə, PKK terrorçularının liderlərindən olan “Berivan Zilan” kod adlı Hatice Xezer İraqın şimalındakı Süleymaniyyə şəhərində məhv edilib.

Bildirilib ki, Xezer 1991-ci ildən terrorçuların sıralarındadır. Terrorçunun məhv edilməsində iştirak edən bir qrup MİT əməkdaşı Türkiyəyə qayıdıb.

Terrorçu Hatice Xezer 2004-cü ildə PKK/KCK terror təşkilatının PJA (PJAK) qadın qolunun Ermənistan “lideri” olub. 2008-ci ildən İraqın şimalındakı Mahmur düşərgəsi ərazisində terrorçuların sıralarında olub, 2017-ci ildən isə Suriyada PJAK bölmələrinə rəhbərlik edib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki