
MİT-dən Suriyada kritik əməliyyat: Kamal Pir zərərsizləşdirildi
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin sözdə Tel-Təmir vilayəti briqada rəisi, Kamal Pir kod adlı Məhəmməd Nəsir Suriyada zərərsizləşdirilib.
Busaat.az xəbər verir ki, terrorçunun raketlər üzrə mütəxəssis olduğu və yerinin mərmi atdığı zaman müəyyən edildiyi bildirilib.
O, bir çox təxribat planlarının hazırlanmasında fəal rol oynayıb.
Tabeliyində olanlarla birlikdə müxtəlif təxribatlara qatılan terrorçu MİT tərəfindən hədəf siyahısına salınıb.
MİT Suriyadakı əməliyyatla terrorçunu zərərsizləşdirib.
Busaat.az























