
"Moldova ilə nə isə danışmağın mənası yoxdur" - Medvedev
Moldovanın hazırkı liderləri ilə danışıqlar aparmağın heç bir mənası yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, bu sözləri Moldovanın baş naziri Dorin Recean hökumətin Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə daxil olmasına icazə verilməyəcəyini söylədikdən sonra deyib.
“Moldova liderləri vətənlərinə xəyanət edərək, onu Rumıniyaya satdılar. Onlarla nə isə danışmağın mənası yoxdur”, – Medvedev deyib.
Qeyd edək ki, Moldovanın baş naziri Dorin Recean aprelin 27-də ölkəsinin Putinin səfərinə icazə verməyəcəyini açıqlayıb.
Busaat.az























