Moldova MDB-nin daha bir sazişindən çıxır

image-moldovabackend

Moldova MDB-nin Sərhəd Qoşunlarının silahla təmin edilməsi prinsipləri haqqında Sazişindən çıxmaq qərarına gəllib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərar layihəsi təsdiq olunmaq üçün parlamentə göndərilib.

Qeyd edək ki, bu il Moldova parlamenti MDB platformasında bağlanmış 8 sazişi denonsasiya edib. Daha 6 sazişin ləğvi ilə bağlı qərarlar təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilib.

Xatırladaq ki, sözügedən sənəd 1992-ci il mayın 15-də Daşkənddə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90