Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 091 $▼1.66%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Moldova MDB-nin dövlətlərarası sirlərin saxlanmasına dair sazişindən imtina edib

image-moldova
Moldova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moldova 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlətlərarası sirləri qarşılıqlı surətdə saxlamaq üçün imzaladığı sazişdən imtina edib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Aleksandru Musteata bildirib.

Onun sözlərinə görə, müvafiq qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.

“Müqavilədən çıxmaq Moldova Respublikasına təsir etməyəcək. Çünki o ikitərəfli razılaşmalar əsasında digər ölkələrlə məlumat mübadiləsi aparır”, – xidmətin direktoru qeyd edib.

Bu il Moldova MDB məkanında imzalanmış 10-dan çox sazişdən çıxıb. Maia Sandu 2020-ci il prezident seçkilərində qalib gəldikdən sonra Kişinyov MDB-yə münasibətini dəyişib. Moldova lideri prezident seçildikdən sonra MDB-nin bir dənə də olsun sammitində iştirak etməyib. Moldova bu ilin əvvəlində Xarici İşlər Naziri Nicu Popescu ölkəsinin istifadə edilməyən və ya artıq əhəmiyyət kəsb etməyən bir sıra sazişləri denonsasiya edəcəyini elan edərkən Birliklə bağlı ritorikasını sərtləşdirdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kişinyovun siyasətini ikiüzlü adlandırıb.

Moldova MDB-dən çıxmaq niyyətini bəyan etsə də, MDB üzvü olmağın sosial və iqtisadi üstünlüklərindən imtina etməyə tələsmir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119844