Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 346 $▼7.15%
  • Ethereum1 743 $▼9.59%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Moldovada Aİ-yə üzvlük mitinqində minlərlə insan iştirak edib

image-3c6f2f87-2999-42b4-ab92-06975075b1a5_w1200_r1-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moldovanın paytaxtı Kişinyovda Avropa İttifaqına (Aİ) üzv olmaq məqsədi ilə mitinq keçirilib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda Böyük Millət Məclisi meydanında keçirilən mitinqə Moldova Prezidenti Maya Sandu, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola və minlərlə insan qatılıb.

Sandu çıxışında Rumıniya, İtaliya, Fransa, İngiltərə və İspaniyada yaşayan Moldova vətəndaşlarının da aksiyalar keçirməsinə diqqət çəkib.

Ölkəsinin 2030-cu ilə qədər Aİ-yə üzv olmağı hədəflədiyini bildirən Sandu “Avropa kəndi” proqramına başladıqlarını və bir il ərzində 100 layihə həyata keçirdiklərini bildirib.

Sandu deyib:

“Moldovalılar avropalıdırlar, Moldovanın yeri Aİ-dədir. Bu yolda Aİ-nin dəstəyi var və Moldova xalqı da bunu istəyir. Bu, uzun və tələbkar bir yoldur və bütün cəmiyyətin bu istiqamətdə işləməsi lazımdır. Amma bu uşaqlarımız üçün dinc və sabit bir yoldur. Biz Moldovanın inkişafı üçün yeganə şans olduğuna görə bu yolu seçmişik. Bu, ölkəmizin Avropa sərhədlərində, şantaj altında qalmaması üçün seçdiyimiz yoldur”.

Ukraynada müharibənin davam etdiyinə diqqət çəkən Sandu əlavə edib: “Bu gün müharibə moldovalıların evlərindən uzaqda gedir. Çünki ukraynalılar torpaqları və xalqları üçün qəhrəmancasına döyüşür və canlarını verirlər. Bu müharibə bizə sübut edir ki, Kreml tərəfindən şantaj olunmaq istəmirik. Ölkəmizi və uşaqlarımızı müharibə təhlükəsindən qorumaq istəyirik. Aİ üzvü olanda tək qalmayacağıq, təhlükəsiz və dinc olacağıq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110325