
Moldovada baş nazirliyə namizəd Dorin Recean öz kabinetini təqdim edib
Moldovanın baş naziri olmağa namizəd Dorin Recean parlamentdə kabinet üzvlərini təqdim edib.
Busaat.az xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat verib.
O, Viktor Parlikovu Energetika naziri, Lilia Dabijanı yeni infrastruktur və regional inkişaf naziri, Veronika Sireteanunu maliyyə naziri, Veronika Mixaylov-Morarunu isə ədliyyə naziri vəzifəsinə namizəd göstərib. Əvvəlki kabinetin qalan nazirləri isə öz yerlərində qalırlar.
Qeyd edək ki, sabiq baş nazir Natalya Qavrilita fevralın 10-da prezident administrasiyasında keçirdiyi görüşdən sonra istefa verdiyini açıqlayıb. O, istefanın səbəblərini açıqlamaqdan imtina edib.
Busaat.az























