Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 820 $▲1.11%
  • Ethereum1 811 $▲2.40%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Moldovalıların əksəriyyəti NATO-ya üzv olmaq fikrinə qarşıdır - Maya Sandu

image-1388969
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moldova vətəndaşlarının əksəriyyəti ölkənin neytrallıqdan əl çəkərək NATO-ya qoşulması ideyasına qarşıdır.

Busaat.az xəbər verir ki, bu sözləri Moldova prezidenti Maya Sandu deyib.

“Xalq bunu istəməlidir, çünki bu, konstitusiyaya dəyişiklik deməkdir və referendum yolu ilə edilməlidir. Lakin bu gün rəy sorğularına baxsaq, neytrallıqdan imtina ideyasına ciddi dəstək verilmədiyini görürük”, – Sandu bildirib.

O, əlavə edib ki, Ali Təhlükəsizlik Şurasından başqa ölkədə informasiya manipulyasiyası və təbliğatına qarşı mübarizə aparan daha bir qurum yaradılacaq.

Sorğular göstərir ki, moldovalıların 55%-dən çoxu ölkənin NATO-ya üzvlüyünün qəti əleyhinədir, 27%-i isə bu təşəbbüsü dəstəkləyir. Bununla belə, Sandu əvvəllər Ukrayna böhranı fonunda Kişinyovun neytrallıqdan əl çəkə və hərbi alyansa qoşula biləcəyini istisna etməyib. O, həmçinin Moldova ordusunun yenidən silahlanmasında NATO ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106548