Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.32 $▼1.21%
  • WTI neft85.34 $▼0.39%
  • Avropa qazı (TTF)84.00 €▲2.02%
  • Təbii qaz (ABŞ)3.244 $▲0.96%
  • Qızıl4 052 $▼1.78%
  • Gümüş51.74 $▼2.83%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda588.25 ¢▼0.08%
  • Bitcoin74 223 $▼1.38%
  • Ethereum2 080 $▼2.46%
  • S&P 5007 512▼0.49%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Moldovanın keçmiş Prezidenti saxlanıldı - Yenilənib

image-dodon-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparır.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğunun nümayəndəsi Marianna Kerpek açıqlayıb.

İ.Dodon biznesmen Vladimir Plahotnyukdan rüşvət almaqda şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl İqor Dodon barədə cinayət işi başlanılıb.

Cinayət işinə əsas kimi Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plahotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videoyazıları dayanıb. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntülərdən görünüb ki, Plahotnyuk Dodona iri qara paket verir. Söhbətdən aydın olub ki, paketdə o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Qeyd edək ki, sözügedən videogörüntülər 2020-ci ildə millət vəkili İurie Renita tərəfindən dərc edilib. Həmin ilin iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu “yoxlama zamanı cinayət tərkibinin aşkar edilmədiyini” qeyd edərək, videoçəkilişlər əsasında cinayət işi başlatmaqdan imtina edib.

Kişinyov Apellyasiya Məhkəməsi (CA) 2019-cu ildə Dodona qarşı cinayət işinin başlanmasını rədd edən Kişinyov məhkəməsinin qərarını, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavininin bu məsələ ilə bağlı verdiyi sərəncamı ləğv edib.

***

Moldova Baş Prokurorluğunun nümayəndəsi Marianna Kerpekin sözlərinə görə, İqor Dodon Cinayət Məcəlləsinin 4 maddəsi əsasında başladılan cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb.

Bildirilir ki, keçmiş Prezident, həmçinin dövlətə xəyanətdə ittiham olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77993