Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Montana ABŞ-də TikTok-u qadağan edən ilk ştat oldu

image-tiktokk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-nin Montana ştatında Çin mərkəzli “TikTok” tətbiqindən istifadə qadağan edilib. Beləliklə, Montana ölkədə “TikTok”u qadağan edən ilk ştat olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Çin sosial media platforması “TikTok”un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlar davam edir.

Əyalət qubernatoru Greg Gianforte verdiyi açıqlamada deyib: “Montanada şəxsi məlumatların Çin Kommunist Partiyasından qorumaq üçün “TikTok”u qadağan etdim. Çin Kommunist Partiyası platformadan amerikalılara qarşı casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir”.

“TikTok” sözçüsü Brooke Oberwetter verdiyi açıqlamada qərarı “qanunsuz” adlandırıb: “Montanada və ondan kənarda istifadəçilərimizin hüquqlarını müdafiə etməyə davam edəcəyik. Montanalıları əmin etmək istəyirik ki, onlar “TikTok”dan özlərini ifadə etmək üçün istifadə etməyə davam edə bilərlər”.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden keçən il “TikTok”un federal qurumlara aid cihazlarda istifadəsini qadağan etmişdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110076