
"Moskva hər şeyi münaqişədə birbaşa iştirak kimi qəbul edir” - Kremldən SƏRT XƏBƏRDARLIQ
Kreml ABŞ və kollektiv Qərb ölkələrinin Ukraynadakı münaqişədə iştirakının artdığını görür.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Avropadan və Vaşinqtondan dəfələrlə bəyanatlar verilib ki, müxtəlif silah sistemlərinin, tankların Ukraynaya göndərilməsi heç bir halda bu ölkələrin Ukraynadakı hərbi əməliyyatlarda iştirakını ifadə etmir. Biz qətiyyətlə bununla razı deyilik. Moskva hər şeyi münaqişədə birbaşa iştirak kimi qəbul edir”, – Peskov qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden iddia etmişdi ki, Vaşinqtonun Ukraynaya tank tədarük etmək qərarı Rusiyaya qarşı mübarizə deyil, “azadlıq” uğrunda mübarizədir.
Kremlin bu sözlərin səmimiliyinə inanıb-inanmadığı sualına cavab olaraq Peskov belə deyib: “Xahiş edirəm, bayaq dediklərimi etalon kimi istifadə edin”.
Busaat.az























