
Moskva İrəvanla Ankara arasında mövqelərin yaxınlaşmasına ümid edir - Aleksey Yerxov
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi müsbət gedir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
“İşlər gedir, amma konkret tarixlər yoxdur. Proses müsbət yöndə davam edir. Ümid edək ki, bu, düzgün istiqamətdə inkişaf edəcək”, – diplomat deyib.
Səfirin sözlərinə görə, turizm mövsümünə qədər, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasından söhbət gedir. O, qeyd edib ki, hələlik bu barədə konkret razılaşma əldə edilməyib.
Yerxov həmçinin “zəlzələ diplomatiyası”nın tərəflər arasında münasibətlərə müsbət təkan verdiyini diqqətə çatdırıb.
Busaat.az























