
Moskva jurnalistlərə ABŞ vizalarının verilməməsinə cavabı gecikdirməyəcək - Rusiya XİN
Rusiya xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfərini işıqlandıracaq rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsinə Rusiyanın cavabı gecikməyəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz geri addım atmırıq. Bu təhqiramiz davranışa əlbəttə ki, cavab verəcəyik. Hələlik bunun simmetrik olub-olmayacağı sualı açıq qalır”, – Ryabkov bildirib.
“Mən yekun nəticə haqqında proqnoz verə bilmərəm, lakin ABŞ-də jurnalistlərimizin xoş qarşılanmadığını nümayiş etdirən təhqiramiz və təxribat şəkildə vizaların verilməməsi, şübhəsiz ki, cavabsız qalmayacaq”, – diplomat əlavə edib.
Busaat.az























