
Moskva Kiyevə cavab olaraq “qeyri-standart hədəflər” seçməlidir - Medvedev
Kiyevin mülki obyektlərə hücumlarına qarşı Moskva cavab zərbələri üçün qeyri-standart hədəflər seçməlidir.
Busaat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Düşmənimiz əks-hücum zamanı uğur qazana bilmədi, bu o deməkdir ki, o, nə qədər hədsiz və irrasional olsa da, informasiya sahəsində qələbələr axtaracaq. Onlar Ukraynada bir çox axmaqları həqiqətən sevindirir, – Medvedev deyib.
“Bu səbəbdən onlar öz alçaq hücumları üçün getdikcə daha çox dinc mülki hədəfləri seçirlər. Hər kəs buna hazır olmalıdır”, – diplomat qeyd edib.
“Biz həmçinin zərbələrimiz üçün təkcə saxlama yerləri, enerji qovşaqları və neft bazaları deyil, qeyri-standart hədəflər də seçməliyik. Heç kimin bizi gözləmədiyi və zərbələrin geniş şəkildə hiss oluna biləcəyi başqa yerlər də var”, – o, əlavə edib.
Busaat.az























