
Moskva məhkəməsi Wall Street Journal-ın müxbirinin həbs müddətinin uzadılması barədə qərarı qüvvədə saxlayıb
Moskva Şəhər Məhkəməsi “Wall Street Journal”-ın Evan Gerşkoviçin həbs müddətinin uzadılması barədə qərarı qüvvədə saxlayıb.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Lefortovo məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın, şikayət təmin edilməyib”, – məhkəmənin qərarında qeyd edilir.
İş materiallarının məxfiliyinə görə məhkəmə qapalı keçirilib. Jurnalistlər yayım zalında yekun qərarla tanış olub, ictimaiyyət iclas zalına buraxılmayıb.
ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi diplomatik missiyanın bir neçə əməkdaşının müşayiəti ilə məhkəmədə iştirak edib.
Qeyd edək ki, mayın sonunda Moskvanın Lefortovo məhkəməsi Qerşkoviçin həbs müddətini avqustun 30-dək uzadıb.
Busaat.az























