
Moskva və bir neçə əyalətdə məzun günü təxirə salınıb
Ölkədə yaranmış hərbi vəziyyətlə bağlı Moskvada məzun günü iyulun 1-nə təxirə salınıb.
Busaat.az xəbər verir ki, bu barədə Moskva Təhsil Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Terror əleyhinə əməliyyat rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq məktəblərdə buraxılış günü və Qorki parkında ümumşəhər məzuniyyət mərasimi bir həftə təxirə salınıb”, – məlumatda deyilir.
Analoji qərar Moskva vilayətinin hakimiyyət orqanları tərəfindən də təsdiqlənib.
Kremldə keçirilən Ümumrusiya məktəb məzuniyyəti də ləğv edilib.
Kaluqa bölgəsində məzunların gündüz yürüşü keçiriləcək, lakin şəhər parkında axşam şənliyi olmayacaq. Belqorod vilayətində məzun günü gündüz saatlarında təşkil ediləcək.
Busaat.az























