
Moskva və Tula vilayətlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qüvvədə qalır
Rusiyanın M-4 Don federal magistral yolunda nəqliyyatın hərəkətinə məhdudiyyətlər Moskva və Tula vilayətlərində hələ də qüvvədə qalır.
Busaat.az xəbər verir ki, bu barədə “Avtodor” federal yol agentliyi məlumat yayıb.
“Əvvəllər verilmiş regional qərarlara əsasən, Moskva və Tula vilayəti yaxınlığındakı M-4 Don şossesində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qüvvədə qalır”, – agentliyin məlumatında deyilir.
Qeyd edək ki, bundan əvvəl M-4 Don avtomobil yolunda hər iki istiqamətdə Moskva və Lipetsk vilayətlərindən tranzit nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Busaat.az























