
Moskva vilayətində PUA qəzaya uğrayıb
Moskva vilayətinin Kolomna rayonunun Qubastovo kəndi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Busaat.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
“Görünür, onun hədəfində mülki infrastruktur obyekti olub. Tələfat və dağıntı yoxdur. FSB və digər aidiyyatı orqanlar hadisəni araşdırır. Yerli sakinlərin təhlükəsizliyi üçün heç bir risk yoxdur”, – deyə Vorobyov “Telegram” kanalında yazıb.
Moskva vilayətinin Energetika Nazirliyindən TASS-a bildirilib ki, pilotsuz təyyarənin düşməsindən sonra heç bir fövqəladə hal baş verməyib.
Busaat.az























