Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 882 $▼0.84%
  • Ethereum1 762 $▼0.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Moskvada kritik Türkiyə-Suriya görüşü

image-63b30-1672679182
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin “Suriya” mövzusunda görüşü başlayıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və Suriya xarici işlər naziri Feysəl əl-Mikdad iştirak edir.

Lavrovun mətbuata açıq açılış nitqi ilə çıxış edəcəyi görüşdə Suriya böhranının həlli ilə bağlı məsləhətləşmələr aparılacaq. Görüşdə münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparılacağı, humanitar məsələlərin, o cümlədən terrorizmlə mübarizə, siyasi proseslər, sığınacaq axtaran şəxslərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Nazir Çavuşoğlu görüşdən əvvəl rusiyalı həmkarı Lavrovla görüşüb. Çavuşoğlu tvitter hesabında yazıb ki, Lavrovla görüşdə Suriya, Ukrayna və Qafqazda baş verənləri və taxıl müqaviləsini müzakirə ediblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109210