
Moskvada son sutkada 12 nəfər koronavirusdan öldü
Moskvada son sutkada 12 pasiyent koronavirusdan dünyasını dəyişib.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19-dan ölənlərin ümumi sayı 4 844 nəfərə çatıb.
Moskvada ümumilikdə 263 059 nəfər koronavirusa yoluxub, 215 383 nəfər sağalıb.























