Müdafiə Nazirliyi: “Erməni əsgərlər arasında atışma olub”backend

“Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib”.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazriliyindən məlumat verilib.

“Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub”, nazirlikdən bildirilib.