Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Müdafiə Nazirliyindən bu polkovniklə bağlı SƏRT BƏYANAT

image-photo_36299392
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib”.

Busaat.az-a bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.
Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur”, – nazirlikdən qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83505